AMEA Naxçıvan Bölməsi

Onomastika şöbəsi



Şöbə müdiri
Firudin Həsən oğlu Rzayev
filologiya üzrə fəlsəfə doktoru, dosent

Kiçik elmi işçilər
Cəmilə Səlim qızı Məhərrəmova

Aysel Əziz qızı Eminova

Böyük laborant
Aysel Qəhrəman qızı Behbudlu

Əsas fəaliyyət istiqamətləri

Naxçıvan ərazisindəki onomastik vahidlərin öyrənilməsi


Əsas elmi nəticələri

   Naxçıvan ərazisindəki onomastik vahidlər toplanılıb tədqiqata cəlb edilmiş, onların elmi linqvistik xüsusiyyətləri təhlil olunmuşdur. Şöbənin son illərdəki elmi nəticələri “Qədim Şərur oyko¬nimlərinin mənşəyi” və “Naxçıvan əhalisinin etnogenezi tarixindən” (I cild) adlı monoqrafiyalarda əksini tapmışdır. 2017-2019-cu illərdə bu istiqamətdə tədqiqatlar genişləndirilməklə yenə “Naxçıvan əhalisinin etnogenezi tarixindən” (II cild) və “Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri” adlı əlavə iki monoqrafiya nəşr edilmişdir. Burada Naxçıvan ərazisindəki onomastik vahidlər geniş tədqiq edilməklə yeni elmi faktlar üzə çıxarılmışdır. Bununla bərabər məqalələr xarici dillərə tərcümə olunmaqla müxtəlif ölkələrin elmi jurnallarında dərc edilmiş ərazinin türklərə məxsusluğu faktlarla sübut edilmişdir. Bu tədqiqatlar zamanı sovet rus siyasəti ilə tarixləri yaxın dövrə çəkilmiş və başqa xalqlara aid edilmiş Hürrü, Kuti, Kəngər, Maq, Sak, Doray və s. tayfaların türk tayfaları olub e.ə. minilliklərdə tarix səhnəsindəki yeri, yayıldıqları ərazilər tarixi faktlarla təsdiq olunmuşdur.