AMEA Naxçıvan Bölməsi
×

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi 2002-2022

YENİLİKLƏR

     

AMEA Naxçıvan Bölməsində baş verən yeniliklərdən xəbərdar olmaq üçün sayta abunə ola bilərsiniz.

0 Kitab və Monoqrafiya
0 Dərs və metodik vəsait
0 Jurnal
0 Elmi məqalə

Elmi-tədqiqat institutları və tabe qurumlar

Bölmənin elmi və ictimai fəaliyyəti

Beynəlxalq əməkdaşlıqlar

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə Rusiya Federasiyasının Novosibirski bölməsi, Polşa Elmlər Akademiyasının Krakov bölməsi, Fransa Respublikası Mil­li Elmi Araşdırma­lar Mərkəzinin Arxeologiya Laboratoriyası, İran İslam Respub­li­ka­sının Marağa Astronomiya və Astrofizika El­mi-Tədqiqat İnstitutu, Tür­kiyə Cüm­hu­riyyətinin Dil Qurumu, İğdır Univer­si­teti, Şi­ma­li Makedoniya Res­pub­li­ka­­sının “Vision” Universiteti arasında əmək­daş­lıq proto­ko­lu imzalan­mış­dır.

Respublika əhəmiyyətli əməkdaşlıqlar

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi respublikanın bir sıra elm və təhsil müəssisələri ilə - Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələri, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Gənclər Fondu və muxtar respublikada fəaliyyət göstərən muzeylərlə əməkdaşlıq edir.

Azərbaycan MEA Naxçıvan Bölməsinin qalib olduğu qrant layihələri

Azərbaycan MEA Naxçıvan Bölməsi əməkdaşlarının təqdim etdikləri qrant layihələrindən 23-ü qalib elan olunub.

AMEA Naxçıvan Bölməsinin qüvvədə olan ixtira patentləri

AMEA Naxçıvan Bölməsinin fəaliyyəti dövründə Bölmə əməkdaşları 28 patent almışlar, bunlardan 21-i ixtira, 2-si seleksiya nailiyyəti, 5-i sənaye nümunəsidir. Patentlərin 25-i Azərbaycan Respublikası Standartlaş­dırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, 2-si isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirli­yi tərəfindən təsdiqlənmişdir. Patentlərin hazırlanmasında AMEA Naxçıvan Bölməsinin 11 elmi işçisi iştirak etmişdir, onlardan 1-i akademik, 1-i elmlər doktoru, 7-si fəlsəfə doktoru, 2-si elmi işçi olmuşdur.

Gənc Alim və Mütəxəssislər Şurası

AMEA Naxçıvan Bölməsinin “Gənc Alim və Mütəxəssislər Şurası” Bölmənin Rəyasət Heyətinin 18 noyabr 2013-cü il tarixli 07/03 №-li qərarına uyğun olaraq yaradılmışdır. Hazırda Şuraya filologiya üzrə fəlsəfə doktoru Nərgiz Rəfail qızı İsmayılova rəhbərlik edir. AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasında yaşı 40-dək olan 53 alim və mütəxəssis fəaliyyət göstərir. Onlardan 12 nəfərin elmi dərəcəsi və elmi adı vardır. Digər əməkdaşlarsa, doktorant və ya dissertantdırlar.

Elmi işçilər

Hazırda Naxçıvan Bölməsində 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 55 fəlsəfə doktoru olmaqla ümumilikdə 102 elmi işçi elmi tədqiqatla məşğuldur.