Naxçıvan dilçilik məktəbikitabı nəşr olunub
Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 100 illiyi qeyd edilən qədim türk yurdu Naxçıvan Muxtar Respublikasında elm, maarif və mədəniyyət zəngin və şanlı tarixə malikdir. Bu tarixin bugünkü səviyyəyə gəlib çatmasında elm adamlarının məxsusi payı vardır. Yenicə nəşr olunan “Naxçıvan dilçilik məktəbi” kitabı da bu əsrarəngiz diyarın yetirdiyi, tədqiqatları ilə Azərbaycan dilçiliyinə töhfələr verən alim və tədqiqatçılardan bəhs edir.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın həmmüəllifliyi ilə “Naxçıvan dilçilik məktəbi” kitabı çapdan çıxıb.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan əsər akademik Möhsün Nağısoylunun elmi redaktorluğu, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl və filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun rəyləri əsasında nəşr edilib.
Kitab Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə başlayır.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Naxçıvan dilçilik məktəbi” ön söz və 4 bölmədən ibarətdir. Əsərdə Azərbaycan dilçiliyinin müxtəlif istiqamətlərində tədqiqat aparan, dilçiliyin tarixini yaradan Naxçıvan dilçilərinin həyat və yaradıcılığı öz əksini tapıb.
Müəlliflərin kitaba yazdıqları ön sözdə dilçilik elminin təşəkkül tarixinə nəzər salınır, Azərbaycan dilçiliyinə töhfələr vermiş, fundamental araşdırmalar aparmış dilçi alimlərin fəaliyyəti diqqətə çatdırılır. Ölkəmizdə dilçilik elminin inkişaf istiqamətləri, türkoloji məktəbin yaranması məsələsindən söz açılır.
aktual problemləri
“Naxçıvan dilçilik məktəbinin qaynaqları” adlanan ilk bölmə Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani və Məhəmməd Tağı Sidqi Səfərovdan bəhs edən 3 yarımbölmədən ibarətdir.
Əsərin ikinci bölməsi “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri” adlanır. Burada M.Cəfərov, M.Nağısoylu, A.Bağırov, Ə.Quliyevin elmi yaradıcılığı əhatəli şəkildə əksini tapıb.
Kitabın növbəti bölmələri müvafiq olaraq “Filologiya elmləri doktoru və professorlar” və “Filologiya üzrə fəlsəfə doktorları” başlığı daşıyır. Qeyd olunan bölmələrdə bugünədək filologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almış 24, fəlsəfə doktoru elmi dərəcəsi almış 51 alim haqqında ətraflı məlumat verilir.
“Naxçıvan dilçilik məktəbi” kitabı Azərbaycan dilçiliyini inkişaf etdirən görkəmli alimlərin müxtəlif sahələrlə bağlı yazdıqları əsərlərinin sistemli təhlil edilməsində, Azərbaycan dilinin və dilçiliyinin tarixinin öyrənilməsində əhəmiyyətlidir. Kitab tələbələr, müəllim və tədqiqatçılar üçün nəzərdə tutulub.
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib
Naxçıvan etnoqrafiyası
ikicildliyi ictimaiyyətə təqdim olunub
Naxçıvan Bölməsinin Rəyasət Heyəti bir sıra məsələləri müzakirə edib