Görkəmli dövlət xadimi, tarixi şəxsiyyət Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın işıqlı sabahına, xalqın rifah halının yaxşılaşmasına xidmət etmişdir. Ölkəyə rəhbərliyi dövründə Ümummilli Lider müstəqil və firavan Azərbaycan üçün yorulmadan, əzmlə çalışmış, həyatını xalqına həsr etmişdir. Müstəqil Azərbaycanın bugünkü inkişafının istənilən sahəsində Ulu Öndərin imzası, danılmaz rolu vardır.
Tariximizdə xilaskar lider kimi dərin iz qoymuş Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaqdır. Həmin etiram və hörmətin göstəricisi olaraq AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası 12 Dekabr - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə virtual sərgi hazırlayıb.
Sərgidə Ümummilli Liderin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillər, onun zəngin siyasi irsinin, Azərbaycan dövlətçilik tarixindəki yerinin, ölkəmiz və xalqımız üçün xidmətlərinin əksini tapdığı kitab və monoqrafiyalar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.
Qeyd olunan hiperlink vasitəsilə virtual sərgi ilə tanış ola bilərsiniz:
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib
Naxçıvan etnoqrafiyası
ikicildliyi ictimaiyyətə təqdim olunub