AMEA Naxçıvan Bölməsi

2023-cü ildə nəşr olunmuş əsərlərdən ibarət Biblioqrafik göstərici çapdan çıxıb


02.05.2024 / 11:03Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 2023-cü ildə nəşr olunmuş əsərlərindən ibarət Biblioqrafik göstərici çapdan çıxıb.
Kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 27 fevral 2024-cü il tarixli qərarı ilə nəşr edilib.
Nəşrin layihə rəhbəri və redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, tərtibçisi Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasovadır.
Kitab 104 səhifədən ibarət olub, “Biblioqrafik icmal 2023-cü ilin nəticələrini əks etdirir” adlı hissə ilə başlayır. Burada qeyd olunur ki, AMEA Naxçıvan Bölməsi əməkdaşlarının il ərzində 13 kitabı, 5 monoqrafiyası, 1 metodik vəsaiti, 257 elmi, 227 publisistik məqaləsi çap olunub. Biblioqrafik göstəriciyə ümumilikdə 503 mənbə daxil edilib.
Nəşr “Kitablar. Məqalələr. İnternet resurları” və “Köməkçi göstəricilər” adlı iki hissədən ibarətdir.
Birinci hissədə bölmənin elmi əməkdaşlarının 2023-cü il ərzində çapdan çıxmış monoqrafiyaları, kitabları, jurnal və toplularda, eləcə də dövri mətbuatda, internet saytlarında dərc edilən məqalələri verilir.
“Köməkçi göstəricilər” başlıqlı ikinci hissədə isə müəlliflərin və əsər başlıqlarının əlifba göstəricisi təqdim edilir.