AMEA Naxçıvan Bölməsi

Şərqin qapısı – qədim diyar


26.04.2024 / 15:24Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi çərçivəsində keçirdiyi “Şərqin qapısı – qədim diyar” mövzusunda elmi konfransın materiallarından ibarət toplu çapdan çıxıb.
Topluda institut əməkdaşlarının “Tarix”, “Arxeologiya və Etnoqrafiya” bölmələri üzrə 14 məqaləsi yer alıb. “Qars müqaviləsi: Naxçıvanın muxtariyyət məsələsi və ərazi taleyi”, “Naxçıvan Muxtar Respublikasında epiqrafik tədqiqatlar (1924-2024-cü iilər)”, “Ermənilərin Naxçıvanda törətdikləri qətliamlar şahid ifadələrində və arxiv sənədlərində (1917-1921-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının qurucularından biri – Mirzə Əbdüləzim Rüstəmov”, “Çinin tək yol tək nəsil layihəsi olan İpək yolunun bərpası və Naxçıvanın əhəmiyyəti”, “Naxçıvanın daş dövrü abidələri”, “Naxçıvanın Neolit dövrü tayfalarının dəfn adəti”, “Gəmiqaya ətrafındakı qədim abidələr”, “Naxçıvanın mis mədənləri və misgərlik mərkəzləri” və digər məqalələrdə qədim dövrlərdən günümüzədək Naxçıvanın ictimai-siyasi və mədəni həyatının bəzi məqamları araşdırılıb.