Heydər Əliyev- əsər orijinal struktura malikdir
“Heydər Əliyev” - Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi çərçivəsində nəşr olunmuş əsər orijinal struktura malikdir.
Ulu öndər Heydər Əliyevin irsinin müasir dövrlə səsləşən bir sıra istiqamətlərinin monoqrafiyanın tədqiqat predmeti kimi seçilməsi, onların yalnız idraki deyil, həm də təcrübi əhəmiyyətinin ümumiləşdirilməsi və təhlilinin aparılması orijinal bir yanaşma kimi diqqət çəkir. Bu məsələlər kitabın ikinci hissəsinin əsas məzmununu təşkil edir.
Nəfis tərtibatda çapdan çıxmış kitab iki fəsildən ibarətdir. Kitabın birinci fəslində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin tarixi dövrləri, ikinci fəslində zəngin və təkrarolunmaz irsinin aktual problemləri araşdırılmışdır. Əliyevşünaslıqda ilk dəfə olaraq Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrləri siyasi kontekstdə təqdim edilmişdir. “Heydər Əliyev: həyat və fəaliyyətinin tarixi dövrləri” adlanan fəsil 5 yarımfəsildən ibarətdir. “Azərbaycanın liderliyinə doğru: gənclik illərindən 1969-cu ilədək” və “Qayıdışdan Qurtuluşa... Naxçıvan, 1990-1993-cü illər” sərlövhəli yarımfəsillərin müəllifi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib