Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafımövzusunda I beynəlxalq elmi konfransın materialları çapdan çıxıb
AMEA Naxçıvan Bölməsində 9 iyul 2021-ci ildə keçirilmiş “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda I beynəlxalq elmi konfransın materiallarından ibarət toplu nəşr olunub.
Topluda 49 müəllifin Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, dialektologiyası, biomüxtəlifliyi, təbii sərvətləri və iqtisadi potensialından bəhs edən məqalələri yer alıb.
“Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında ədəbi proses”, “Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın yeri və roluna dair”, “Nahçıvan Karabağlar türbesi ve Anadoluya yansıması”, “Naxçıvan şəhəri Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri kimi”, “Karabağ zaferi ve Kars-Iğdır-Nahcivan demiryolunun önemi”. “Naxçıvanın Kəngərli süvariləri haqqında yeni arxiv sənədi”, “Ölkəşünas Mirbağır Mirheydərzadənin bir əlyazması haqqında”, “Nahçıvaninin yorumuyla 15-ci yüzyılda Nahçıvanda ilmi ve dini hayat”, “Türkiye-Azerbaycan ilişkileri ve Nahcivan”, “Naxçıvanlıların etnogenezi tarixində peçeneq türkləri”, “Azərbaycan nağıllarında epik zaman”, “Darıdağ arsen filizi yatağı”, “Naxçıvan Muxtar Respublikasını əhatələyən əsas seysmik ocaqlar və onların intensivliyinin qiymətləndirilməsi”, “Ordubad rayonunda becərilən çəyirdəkli meyvələrin genofondu” və başqa məqalələrdə bölgə ilə bağlı maraq doğuran problemlər tədqiqata cəlb olunub.
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib
Naxçıvan etnoqrafiyası
ikicildliyi ictimaiyyətə təqdim olunub
Naxçıvan Bölməsinin Rəyasət Heyəti bir sıra məsələləri müzakirə edib