AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni sayı çapdan çıxıb


11.01.2023 / 17:28Yeni nəşrlər



AMEA-nın Naxçıvan Bölməsi tərəfindən nəşr olunan “Elmi əsərlər”  jurnalının 2022-ci il üzrə sonuncu nömrəsi çapdan çıxıb. Jurnalın yeni nömrəsi təbiət və texniki elmlər seriyasına daxil olan elmi məqalələri əhatə edir.

“Dağlıq ərazilərdə hündür qülləli konstruksiya və qurğulara küləklərin təzyiqi”, “Dolomit filizinin perxlorat turşusu ilə parçalanma şəraitinin öyrənilməsi”, “Dracocephalum thymiflorum – Kəklikotuçiçək ilanbaş (Lamiaceae) Azərbaycan Respublikası florası üçün yenidir”, “Qızmeydan və Torağay palçıq vulkanlarının nadir bitki növlərinin populyasiyaları”, “Naxçıvan Muxtar Respublikasının ixtiofaunasının taksonomik spektri”, “Kosmik optik teleskoplar”, “T buğa ulduzlarının ümumi xarakteristikaları”, “Naxçıvan Muxtar Respublikası landşaftının ekoloji problemi” kimi 50-ə yaxın elmi məqalənin əksini tapdığı jurnalda kimya, biologiya, fizika, astronomiya və coğrafiya elm sahələri üzrə aparılan araşdırmaların nəticələri yer alıb.

Qeyd edək ki, 2005-ci ildə təsis edilən jurnal ildə 4 dəfə olmaqla nəşr olunur. 2022-ci ildə ikisi xüsusi nömrə olmaqla, ümumilikdə 6 sayı çap edilib.