Elmi əsərlərjurnalının yeni nömrəsi çapdan çıxıb
AMEA-nın Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni sayı çapdan çıxıb. İctimai və humanitar elmlər seriyasına aid olan nömrədə tarix, siyasət, arxeologiya, etnoqrafiya, Azərbaycan dili, ədəbiyyat, folklor, incəsənət və iqtisadiyyat elm sahələri üzrə aktual mövzuları əhatə edən məqalələr yer alıb.
Jurnalın yeni buraxılışında “Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin iclaslarındakı tarixi çıxışları və istiqlala çağırış (1991-ci il 5 fevral və 7 mart iclasları)”, “Avropalı müəlliflər Nuh peyğəmbər və Naxçıvan bağlılığı haqqında”, “Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və dövlət qadın siyasəti (2003-2017-ci illər)”, “Ermənilər tərəfindən törədiən soyqırımı cinayətlərinin “Hai-Taht doktrinası” çərçivəsində dəyərləndirilməsi”, “Naxçıvan şəhərinin məhəllələr üzrə təsviri (XIX əsr)”, “Uçan Ağılda arxeoloji araşdırmalar”, “Sədərək yaşayış yerinin erkən dəmir dövrü keramikası”, “Naxçıvan dialekt və şivələrində cingiltiləşmə hadisəsinin təzahür formaları”, “Naxçıvan ədəbi mühitində gündəlik və xatirə janrları”, “Naxçıvan folklor mühitində deyimlər”, “Naxçıvanda Hüseyn Cavidin məzarüstü türbəsi”, “Müasir dövrdə kənd yerlərinin inkişafına effektiv yanaşmalar” və başqa maraqlı mövzular tədqiqata cəlb olunub.
Məlumat üçün qeyd edək ki, 2005-ci ildə təsis edilmiş “Elmi əsərlər” jurnalı ildə 4 nömrə olmaqla iki seriyada nəşr olunur. Jurnalın cari il üzrə sonuncu sayı təbiət və texniki elmlər seriyasını əhatə edəcək.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib