AMEA Naxçıvan Bölməsi

Ərəbdilli əlyazma və çap kitablarının kataloqu çap olunub


10.11.2021 / 14:00Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən “Ərəbdilli əlyazma və çap kitablarının kataloqu” nəşr olunub.
Nəşrin elmi məsləhətçisi və ön sözün müəllifi fondun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, elmi redaktoru fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, tərtibçiləri isə fond əməkdaşlarından Fəxrəddin Eylazov və Kübra Vəliyevadır.
AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında işıq üzü görən kataloqda Əlyazmalar Fondunda mühafizə olunan ərəbdilli 14 əlyazma və 83 çap kitabının qısa təsviri verilib. Müxtəlif elm sahələrinə aid kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikası ərazisindən toplanılaraq tədqiqata cəlb olunub. Hər kitabın qısa paleoqrafik xüsusiyyətlərini əks etdirən məlumatlar kataloqa daxil edilib.
Kataloq şərqşünaslıq fakültələrinin tələbələri, müəllim və mətnşünaslar üçün nəzərdə tutulub.