AMEA Naxçıvan Bölməsi

Naxçıvan əlyazmalarından bəhs edən yeni kitab


21.10.2021 / 12:49Yeni nəşrlər



Bölmənin Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Naxçıvan əlyazmaları: tədqiqlər” adlı yeni kitabı nəşr olunub.
Kitabda Naxçıvana dair əlyazmaların tədqiqi istiqamətində müxtəlif jurnal və konfrans materiallarında dərc olunan məqalələr verilib. Məqalələrdə əlyazmanın yaranma zərurəti, paleoqrafik xüsusiyyətləri və digər tekstoloji özünəməxsusluqları ətraflı şərh olunmuşdur.
Naxçıvan mədəniyyətinin zəngin ədəbi-fəlsəfi məktəblərinin öyrənilməsi, şərqşünas müəllim və tələbələr, mətnşünaslıq istiqaməti üzrə məşğul olan elm adamları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş əsərdə həmçinin görkəmli elm adamlarının həyat və yaradıcılığı haqqında məlumatlar əksini tapmışdır.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən kitabın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, elmi redaktoru AMEA-nın müxbir üzvü professor Əbülfəz Quliyev, rəyçiləri isə professor Sənan İbrahimov və filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.