AMEA Naxçıvan Bölməsi

Yeni bəbir ailəsi qeydə alınıb


28.09.2021 / 16:59Mühüm hadisələr



Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycandakı ofisinin nümayəndəsi Könül Əhmədova, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları biologiya elmləri doktoru İsmayıl Məmmədov, dosent Pərviz Fətullayev, Hüseyn Rəsulzadə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Samir Quliyev və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göy göl Milli Parkının nümayəndəsi Fuad Quliyevin iştirakı ilə 24 sentyabr 2021-ci il tarixdə Ordubad rayonunun Kotam kəndi ərazisində bəbir, onun qida obyekti və qorunma strategiyası ilə bağlı birgə monitorinq keçirilib.
Monitorinq zamanı ərazidəki foto-tələlərə baxış keçirilmiş, daha müasir yeni foto-tələlər quraşdırılmışdır. Uğurla başa çatan monitorinq nəticəsində mütəxəssislər bir ana və 3 bala olmaqla yeni bəbir ailəsi qeydə almış, bezoar, qaban, tülkü, canavar, kəklik və digər canlı növlərinə rast gəlinmişdir.