AMEA Naxçıvan Bölməsi

Heydər Əliyev İlində görülməsi nəzərdə tutulan işlərin icrası davam edir


19.07.2023 / 17:02Mühüm hadisələr



Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ulu Öndər həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək missiyasını öz üzərinə götürmüşdür. Ölkəmizi inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti həm də uğurlu sabahımızın təminatçısıdır.

“Heydər Əliyev İli” çərçivəsindəAMEA-nın Naxçıvan Bölməsində bugünədək 1 respublika, 4 bölmə səviyyəli elmi konfrans keçirilmiş, 1 monoqrafiya işıq üzü görmüşdür. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Heydər Əliyev ideyaları və müasir dövr” adlı respublika konfransının materialları iki cilddə çapa təqdim olunmuş, “Heydər Əliyev: taleyi və siyasi fəaliyyəti” məqalələr toplusu çapa hazırlanmışdır. Elmi Kitabxanada sərgi təşkil olunmuş, bölmə əməkdaşlarının ölkə mətbuatında ardıcıl olaraq məqalələri dərc edilmişdir.

Bu fəaliyyətin davamı olaraq AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanası tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev – 100 il” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkilləri, Heydər Əliyev siyasi irsindən, onun Azərbaycan tarixindəki yerindən, mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunmasına diqqətindən, habelə elmin inkişafına qayğısından bəhs edən kitab və monoqrafiyalar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Qeyd olunan hiperlink vasitəsilə virtual sərgi ilə tanış olmaq mümkündür.