Möhtərəm cənab Prezident!
Sizin fevral ayının 7-də keçirilən növbədənkənar Prezident seçkilərində inamlı qələbəniz hər bir vətəndaşın sevincinə səbəb oldu. Bu qalibiyyət Vətən müharibəsində olduğu kimi, həmrəy Azərbaycan xalqının yekdil qərarıdır. Ölkənin firavan gələcəyini Sizinlə qurmaq istəyən xalqın yüksək etimadıdır.
Azərbaycan xalqı siyasi, iqtisadi və hərbi arenada bugünədək nümayiş etdirdiyiniz cəsarətli idarəçiliyi tam şəkildə dəstəkləyir, bu inkişafın parçası olmaqdan qürur duyur.
Cənab Müzəffər Ali Baş Komandan!
Son 20 ildə səriştəli fəaliyyətiniz, müstəsna xidmətləriniz sayəsində bu gün biz qalib xalq kimi sevinirik. Siyasət meydanında olduğu kimi, diplomatik və hərb meydanında nümayiş etdirdiyiniz cəsarət xalqın iftixar mənbəyidir. Biz artıq ərazi bütövlüyü tam təmin olunmuş suveren Azərbaycan Respublikasının vətəndaşlarıyıq.
Fəaliyyətiniz dövründə Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafına göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ruhlandırır, daha böyük səy və inamla işləməyə həvəsləndirir.
Biz – elm adamları ölkəyə rəhbərliyiniz dövründə elmin inkişafına göstərdiyiniz qayğı, həyata keçirdiyiniz islahatları dəstəkləyir, şövqlə çalışmağa, göstərdiyiniz etimadı doğrultmağa çalışırıq. Sizə inanırıq, ölkəmizin məhz Sizin rəhbərliyiniz ilə daha da inkişaf edəcəyinə əminik, bu inkişafa sadə vətəndaş, elm adamları və əsl vətənpərvər kimi xidmət etməyə daim hazırıq.
Sizi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi və şəxsən öz adımdan Zəfər seçkisində qazandığınız parlaq qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Ölkənin daxili və xarici siyasətində, sosial-iqtisadi və mədəni inkişafında qazandığınız nailiyyətlərin davamını diləyir, Azərbaycanı uğurlu gələcəyə aparan yorulmaz fəaliyyətinizdə daim zəfərlər arzu edirik!
Hörmət və ehtiramla,
İsmayıl Hacıyev,
AMEA-nın Naxçıvan Bölməsinin sədri.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri.
Naxçıvanlı alim Dünya Neolit Konqresində məruzə edib
AMEA Naxçıvan Bölməsində Zəfər Günü qeyd olunub
Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü
adlı virtual sərgi açılıb
Naxçıvan dilçilik məktəbi
kitabı nəşr olunub