Araz-Türk Cümhuriyyəti” kitabı nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Araz-Türk Cümhuriyyəti” adlı yeni kitabı işıq üzü görüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında 2019-cu il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq nəşr olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, rəyçiləri isə tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev və Musa Quliyevdir.
Kitab giriş, üç fəsil, nəticə, istifadə edilmiş mənbə və ədəbiyyatlar siyahısından, habelə şəxs adları və coğrafi adlar göstəricisi, əlavələr adlı bölmələrdən ibarətdir. Burada Araz-Türk Cümhuriyyətinin tarixi əhatəli tədqiq olunmuş, yeni sənəd və materiallar elmi dövriyyəyə gətirilərək araşdırılmışdır. Naxçıvan bölgəsində hərbi-siyasi vəziyyət, Araz-Türk Cümhuriyyətinin yaradılma zərurəti, fəaliyyəti, hakimiyyət strukturu, rəhbərləri, bölgənin erməni daşnaklarının basqınlarından qoruması, tarixi əhəmiyyəti təhlil olunmuş, Azərbaycan Xalq Cümhuriyyəti və Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti ilə əlaqələrinə diqqət yetirilərək bir sıra tarixi fakt və hadisələrə aydınlıq gətirilmişdir.
Əsər tarixçi və tədqiqatçılar, ictimai elm nümayəndələri, eləcə də Azərbaycanın dövlətçilik tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib