AMEA Naxçıvan Bölməsi

Elmi əsərlərin ikinci sayı nəşr olunub


15.07.2021 / 14:52Yeni nəşrlər



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının cari ildə ikinci sayı nəşr olunub. Təbiət və texniki elmlər seriyasından olan yeni sayda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, AMEA-nın bəzi elmi-tədqiqat müəssisələri, Naxçıvan Bölməsi və başqa təşkilatların əməkdaşlarının kimya, biologiya, fizika, informatika, astronomiya, coğrafiya sahələrinə dair müxtəlif səpkili tədqiqatların nəticələri yer alıb.