AMEA Naxçıvan Bölməsi

Elmi Kitabxana



   AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR EA-nın Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində qoyulmuşdur. 2002-ci ildən ümummilli lider Heydər Əliyevin 7 avqust tarixli sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsinin tərkibində sərbəst elmi kitabxana kimi fəaliyyətini davam etdirir. 2013-cü il sentyabr ayının 4-də kitabxana Elektron Kitabxana statusu alaraq fəaliyyətini bu istiqamətdə aparmağa başlamışdır. Kitabxana universal xarakterli elmi kitabxana olaraq fondları elmi-texniki, ictimai-siyasi və ədəbi-bədii ədəbiyyatlarla komplektləşdirilmişdir. Kitabxana əsasən müxtəlif elmi müəssisələrdə çalışan alimlərə, elmi işçilərə, universitet müəllim və tələbələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət göstərir.

Əsas fəaliyyət istiqamətləri:
  • Oxuculara xidmət:
    • Elektron oxu zalında internet vasitəsi ilə;
    • Müxtəlif çap məhsullarını əhatə edən fondlar vasitəsi ilə;
    • Elektron və ənənəvi kataloq-kartoteka sistemi vasitəsi ilə;
    • Müxtəlif mövzuları əhatə edən və yeni kitablardan təşkil olunmuş sərgilərin vasitəsi ilə.
  • Kitabxana fondlarının komplektləşdirilməsi:
    • Abunə yolu ilə alınmış qəzet və jurnallar;
    • Pul köçürmə yolu ilə alınmış müxtəlif kitablar vasitəsi ilə;
    • Müəlliflər tərəfindən hədiyyə edilmiş kitablar vasitəsi ilə;
    • Müxtəlif şəxslərin fərdi kitabxanalarından hədiyyə edilmiş ədəbiyyatlar vasitəsi ilə;
    • Müxtəlif müəssisə və təşkilatların hədiyyə etdiyi kitablar vasitəsi ilə.
  • Məlumat- biblioqrafiya işləri:
    • Soraq-biblioqrafiya işlərinin təşkili və aparılması
    • Məlumat-biblioqrafiya işlərinin təşkili və aparılması
Fondlar
  • Kitab fondlarının həcmi- 41081;
  • Jurnal fondunun həcmi- 19611;
  • Avtoreferat fondunun həcmi- 8280;
  • Dissertasiya fondunun həcmi-107;
  • Elektron kataloqlaşdırılmış kitablar- 37988;
  • Elektron kartotekaya yazılmış qəzet və jurnal məqalələri-20951;
  • Elektron kataloqlaşdırılmış avtoreferatlar-8280;
  • Elektron kataloqlaşdırılmış dissertasiyalar-107;
  • Skaner olunmuş kitablar-1984.
Direktor
Mob. tel.: (+994 50) 893 30 30
Xid. tel.: (+994 36) 544 69 94
E-poçt:  
ameanb.kitabxana@list.ru