Dekabr ayının 21-i Bakı vaxtı il saat 14:02-də Yer kürəsinin şimal yarımkürəsində qış fəsli başlayacaq. Bu haqda məlumat verən AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev bildirib ki, planetimizin şimal yarımkürəsi üçün hər il dekabr ayının 20-si yaxud 21-i astronomiyada “Qış Günəş duruşu günü” adlanır. Bu günün Yer kürəsində mövcud olan canlı aləm üçün müstəsna əhəmiyyəti vardır. Məhz “Qış Günəş duruşu günü” Yerin şimal yarımkürəsində qış fəsli, cənub yarıkürəsində isə yay fəsli başlayır.
Məlumdur ki, fəsillərin bir-birini əvəz etməsi Yer kürəsinin Günəş ətrafında bir il ərzində tam dövrə vurmasının təzahürüdür. “Qış Günəş duruşu günü” vaxtı Yer kürəsi öz orbitinin Günəşə ən yaxın nöqtəsinə çatmaq üzrə olur və Yerin Günəşdən olan məsafəsi 147 milyon kilometrdən artıq olur. “Qış Günəş duruşu günü” Yerin şimal yarımkürəsində ən uzun gecə və ən qısa gün olur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür