8 Noyabr – Zəfər Günüadlı virtual sərgi açılıb
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci ildə imzaladığı Sərəncamla 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilmişdir.
Bu münasibətlə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlayıb.
Virtual sərgidə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çıxcildliyinin “Qələbə kitabı”, “Şuşa. Pənahabad”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Vətən üçün böyütdüm, ay oğul, səni”, “Dəmir Yumruq”, “Ruhumun Vətəni”, “Qəlbdəki və Qələmdəki Qarabağ”, “Ordu xalqın, xalq ordunun dayağı”, “Qarabağ dastanı: Otuz ilin həsrəti - 44 günün zəfəri”, “Vətən simurqları”, “Qarabağ müharibəsi: zərif talelər” kimi Zəfər Gününə və Vətən müharibəsi şəhidlərinə həsr olunan kitablar, mövzu ilə əlaqədar dövri mətbuatda dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Sərgi ilə hiperlink vasitəsilə tanış ola bilərsiniz:
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib
Naxçıvan etnoqrafiyası
ikicildliyi ictimaiyyətə təqdim olunub
Naxçıvan Bölməsinin Rəyasət Heyəti bir sıra məsələləri müzakirə edib