Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublikaya göstərilən diqqətin təzahürü olmaqla bərabər, həm də 100 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolunun daha geniş öyrənilməsinə şərait yaratmışdır.
AMEA-nın Naxçıvan Bölməsi də, öz növbəsində, həmin Sərəncama uyğun olaraq fəaliyyət planı müəyyənləşdirmiş,
yubiley ili çərçivəsində kitab və monoqrafiyaların nəşrini qarşıya məqsəd qoymuşdur. Qürur hissi ilə bəyan edirik ki, bölmə əməkdaşlarının yenicə işıq üzü görmüş iki monoqrafiya və bir kitabı muxtar respublikanın 100 illiyinə növbəti töhfələrdir.
Naxçıvan Muxtar Respublikasının 101 illiyi ərəfəsində muxtariyyətin tarixi ilə bağlı iki əsər ictimaiyyətə təqdim olundu
Adil Babayevin fəaliyyətinin əhatə dairəsi və mahiyyəti yaradıcılığının geniş öyrənilməsi üçün əsasdır
Naxçıvanda keçirilən elmi konfransda 20 Yanvar faciəsinin səbəbləri təhlil olunub
Naxçıvan Bölməsində Rəyasət Heyətini bəzi qərarlar qəbul edib