AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsinin “Tərcümə” (Fars-Azərbaycan) ixtisası üzrə II və III kurs tələbələrinin tərcümə etdiyi nümunələrin müzakirəsi keçirilib.
Əvvəlcə Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar fonddauğurla davam etdirilən tədbirlərdən danışıb. Alim tələbələrin bacarıq və vərdişlərində bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra tələbələrin tərcümə etdiyi “Dilimiz varlığımızdır”, “Qarabağ düşmən tapdağında qalmayacaq”, “Xocalı soyqırımı”, “Qüdrətli Ordumuz” və “Bayraq meydanı” adlı mətnlər oxunulub və müzakirə edilib.
Tədbirdə Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov tərcüməçilik sənətinin bəzi xüsusiyyətləri haqqında tələbələrə məsləhətlər verib. Sonda tələbələrə tərcümə edilməsi üçün əlavə mətn nümunələri təqdim edilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür