AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov İran İslam Respublikasının Təbriz Universitetində keçirilən “Şəhriyar Elm və Mədəniyyət” beynəlxalq konfransında iştirak edib.
Azərbaycan, Türkiyə və Gürcüstan ədəbiyyatşünaslarının da zoom proqramı ilə qatıldığı beynəlxalq tədbirdə Fərman Xəlilov “Ustad Məhəmmədhüseyn Şəhriyarın Mirzə Əli Möcüz Şəbüstərinin ədəbi irsinə münasibəti” adlı məruzəsi dinlənilib. Alim tədqiqat materialları əsasında görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın Möcüzün ədəbi irsi ilə necə tanış olmasından söz açıb, onun Möcüz yaradıcılığına verdiyi yüksək qiymətdən danışıb və Möcüzün ədəbi ənənələrinə bağlılığının bəzi məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Naxçıvanın dilçi alimlərindən bəhs edən kitab ictimaiyyətə təqdim olundu
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans