Milli-mənəvi dəyər daşıyıcısı - Novruzmövzusunda interaktiv dərs olub
AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Milli-mənəvi dəyər daşıyıcısı - Novruz” mövzusunda interaktiv dərs keçilib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova əvvəlcə məktəblilərə zaman, fəsil və bayram kimi anlayışların yaranması, bu məfhumların xalq təfəkküründəki rolundan danışıb. Qeyd olunub ki, bolluq və firavan həyat arzularını bayram anlayışında birləşdirən əcdadlarımız həmin bayramları zaman keçdikcə oyun, nəğmə, yallı, ənənə və mərasimlərlə bəzəyərək tarixə hədiyyə etmişlər. Hər il qeyd olunan Novruz bayramı da məhz qədim türk millətinin ulu bayramlarından biridir. Milli birlik və bərabərliyi özündə ehtiva edən Novruzun hər məqamında türklüyü simvolizə edən adət və ənənələr günümüzə qədər gəlib çatmışdır.
Tədqiqatçı sovet dönəmində Novruz bayramının keçirilməsinə qoyulan qadağalar, görkəmli dövlət və elm xadimi Şıxəli Qurbanovun xidmətləri haqqında məlumat verib.Şagirdlərin diqqətinə çatdırılıb ki, məhz onun yorulmaz mücadiləsi sayəsində uzunmüddətli fasilədən sonra 1967-ci ildə Novruz bayramı ilk dəfə dövlət səviyyəsində qeyd olunmuşdur. Edilən bütün xəbərdarlıqlara məhəl qoymadan vətənpərvər alim milli mənəvi dəyərlərimizin təcəssümü olan Novruzun dinimizlə deyil, tariximizlə, etnik mənşəyimizlə bağlılığını sübut etmişdir.
“Novruz bayramının dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunması ümummili liderimiz Heydər Əliyevin adı ilə bağlıdır”,-söyləyən alim Ulu öndərin hakimiyyətinin bütün dövrlərində tariximizə, mədəniyyətimizə, eləcə də folklorumuza göstərdiyi diqqət və qayğını interaktiv dərs iştirakçılarının diqqətinə çatdırıb.
Bu xalq bayramının mənşəyi ilə əlaqədar müxtəlif mülahizələr, dünyanın yaranmasında iştirak edən dörd ünsürü təcəssüm etdirən çərşənbələrin qeyd olunması, xalq arasında keçirilən müxtəlif ayinlər, mərasimlər və digər folklor nümunələri dərsin əsas mövzularını təşkil edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür