Naxçıvan Muxtar Respublikasına xidmətlərə görənişanı ilə təltif haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə Hacıyev İsmayıl Muxtar oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 21 yanvar 2021-ci il
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür