Sabahın tədqiqatçılarılayihəsi öz missiyasını uğurla yerinə yetirir
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları yeni uğura imza atıb.
Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və “Fiziki tədqiqatlar” laboratoriyasının böyük elmi işçisi Nazilə Mahmudovanın rəhbərliyi ilə gənc tədqiqatçılar Rusiyada keçirilən “Məktəblilərin və tələbələrin “Mənim elmə addımım” Ümumrusiya distant konfransı”nda iştirak ediblər.
Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Nuray Məmmədova, 8 saylı orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılov və X sinif şagirdi Nurgün Allahverdiyevanın “Naxçıvan Muxtar Respublikasının yeraltı su ehtiyatları” adlı məqaləsi və həmin məktəbin X sinif şagirdi Tuncay Təhməzli ilə dissertant Leyla İbrahimovanın “Mis bismut sulfidin alınması və onun elektrik keçiriciliyinin təyini” adlı məqalələri diyarşünaslıq, ekologiya, kimya və fizika bölmələrini əhatə edən konfransın 2 cildlik toplusunda dərc olunub. Əldə edilən elmi yeniliklərə görə hər iki məqalə sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, ötən il də böyük uğurlara imza atan “Sabahın tədqiqatçıları” layihəsinin məqsədi Naxçıvan məktəblilərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyilli istedadlı şagirdlərin aşkar edilməsi və gələcək elmi potensiallı kadrların yetişdirilməsidir. Naxçıvan Bölməsi əməkdaşlarının gərgin əməyi və gənclərin zəhməti sayəsində bu missiya uğurla yerinə yetirilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür