Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yanvarın 12-də keçirilən iclasında AMEA Naxçıvan Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
Hesabatı Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev təqdim edib. Bildirib ki, 2020-ci il ərzində elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuda 38 iş 97 mərhələdə yerinə yetirilib, 8 mühüm nəticə əldə edilib. Tədqiqatlar 2 akademik, 4 müxbir üzv, 4 elmlər dоktоru, 55 fəlsəfə dоktоru, 32 doktorant və dissertant оlmaqla 97 nəfər elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib.
Cari ildə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi, ümumilikdə 719 elmi əsəri nəşr olunub. Bir xəritə və bir buklet tərtib edilib. Əsərlərdən 172-si xaricdə çap olunub. 57 məqalə yüksək impakt faktorlu jurnallarda işıq üzü görüb, onlardan 20-si Thomson Reuters indeksli jurnallar siyahısına daxildir. Əsərlərə 522 istinad qeydə alınıb.
Hesabat dövründə bir beynəlxalq, iki respublika, yeddi muxtar respublika səviyyəli konfrans, tədbir və təqdimatın keçirildiyini diqqətə çatdıran bölmə sədri bildirib ki, 2020-ci ildə2 beynəlxalq səviyyəliqrant layihəsinin icrası davam etdirilib.
İ.Hacıyev daha sonra bölmənin tətbiqyönümlü fəaliyyətinə diqqət çəkərək Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrindən palçıq və toz şəklində yuyucu vasitə istehsalı üçün hazırlıq işlərinin həyata keçirilməsi, müalicəvi “Şorsu” palçığının quru, palçıq formasında istehsalı ilə bağlı dinləyiciləri məlumatlandırıb. O bildirib ki, bölmədə həmçinin gülab və çaytikanı yağının istehsalı sahəsində də uğurlu nəticələr əldə olunub.
Alim Naxçıvan Bölməsinin 2020-ci ildəki beynəlxalq və respublika əhəmiyyətli əlaqələri haqqında da məlumat verib. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində qazanılmış uğur və nailiyyətləri diqqətə çatdırıb. O, bölmədəki elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığının vəziyyətindən bəhs edərək bildirib ki, hazırda burada14 nəfər doktorant, 38 nəfər dissertant müvafiq dissertasiyalar üzrə tədqiqatları davam etdirirlər.
Sonda hesabatın qəbul edilməsi məqsədəuyğun hesab olunub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür