AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu



   AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixdə imzaladığı müvafiq Sərəncama əsasən yaradılmışdır. Yeddi elmi şöbənin fəaliyyət göstərdiyi institutda 1 nəfər AMЕA-nın müхbir üzvü və 10-u dosent olmaqla 11 nəfər fəlsəfə doktoru, ümumilikdə 22 əməkdaş еlmi tədqiqatla məşğuldur. İnstitutda həmçinin 9 nəfərdən ibarət elmi şura fəaliyyət göstərir. İnstitut əməkdaşları Naxçıvan folklorunun toplanması, öyrənilməsi, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrinin tərcümеyi-halının, həyat və bədii irsinin araşdırılması sahəsində məhsuldar tədqiqatlar aparırlar. Muxtar respublika ərazisində mövcud olan onomastik vahidlərin tədqiqi, ilkin dialektoloji mətnlərin sistemləşdirilməsi, linqvistik və kameral təhlillərin aparılması, tərtibi, çapa hazırlanması, dialekt materiallarının akademik səviyyədə toplanması üçün bölmə əməkdaşlarının rayon və kəndlərə ekspedisiyaları təşkil olunur. Həmçinin muxtar respublika ərazisindəki memarlıq abidələrinin yaxından və ətraflı öyrənilməsi sahəsində görülmüş işlər tədqiqata cəlb olunmuş, Naxçıvanda musiqi və teatrın öyrənilməsi, XX əsrin əvvəllərində muxtar respublikada fəaliyyət göstərən rəssamların həyat və yaradıcılığının öyrənilməsi, yaşadılması, qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə muzey, arxiv və şəxsi kolleksiyalarda qorunan materialların toplanılması və tədqiqi istiqamətində araşdırmalar aparılır. 2011-ci ildən institut tərəfindən “Axtarışlar” adlı jurnalı nəşr olunur ki, həmin jurnalın indiyədək 38 nömrəsi işıq üzü görüb. İldə dörd nömrəsi dərc olunan jurnalda ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıqla bağlı elmi məqalələr çap olunaraq elmi ictimaiyyətə təqdim olunur.

Direktor
Əbülfəz Aman oğlu Quliyev
AMEA-nın müxbir üzvü, professor
 
Elmi işlər üzrə direktor müavini
Elxan Qadir oğlu Məmmədov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
 
Elmi katib
Zülfiyyə Hüseyn qızı İsmayıl
Filologiya üzrə fəlsəfə doktoru, dosent










Elmi şura:
  • sədr
  • katib
  • üzvlər
 
  • Əbülfəz Aman oğlu Quliyev
  • Ələkbər Məmməd oğlu Qasımov
  • Firudin Həsən oğlu Rzayev
  • Əli Kətən oğlu Qəhrəmanov
  • Ramiz Asəf oğlu Qasımov
  • Elxan Qadir oğlu Məmmədov
  • Nuray Yadigar qızı Əliyeva
  • Fizzə Qulu qızı Quliyeva
  • Gözəl Sultan qızı Qənbərova




Ученый совет:
  • председатель
  • секретарь
  • члены
 
  • Кулиев Абулфаз Аман оглы;
  • Гасымов Алекпер Мамед оглы;
  • Рзаев Фирудин Гасан оглы;
  • Кахраманов Али Катан оглы;
  • Касымов Рамиз Асаф оглы;
  • Мамедов Элхан Гадир оглы;
  • Алиева Нурай Ядигяр кызы;
  • Гулиева Физза Кули кызы;
  • Канберова Гюзель Султан кызы.

Ünvan
AZ7000 Naxçıvan şəhəri Heydər Əliyev prospekti, 76

Tel.
(+994 36) 550 21 42

E-poçt
incesenetdilveedebiyyat@gmail.com
elxan.yurdoglu@yahoo.com