Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması haqqında Ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamına əsasən Azərbaycan MEA Naxçıvan Bölməsinin tərkibində təşkil olunub.
Əsas fəaliyyət istiqamətləri
Səma cisimlərinin dinamikası və fizikası
Əsas elmi nəticələr
-
Günəşdəki irimiqyaslı maqnit sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslər Günəşdəki maqnit sahələrinin qeyri-simmetrik xüsusiyyətləri ilə bağlıdır.
-
Günəş spikullarının dispersiyaya meyli dövrü olaraq dəyişir və bu dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır.
-
Müəyyən edilmişdir ki, uzundövrlü kometlərin bir qrupunun mənbəyi Koyper-Ecevort qurşağı ola bilər.
-
Uzunperiodlu kometlərin perihelilərinin ən yüksək konsentrasiyası ekliptika müstəvisinə perpendikulyar müstəvi ətrafında mövcuddur.
-
Günəş sisteminin 55 a.v., 110 a.v., 80 a.v. və 170 a.v. məsafələrində ən azı dörd planet cisminin olması ehtimalı vardır.
-
Prosion ulduzunun yüksəkdispersiyalı rəqəmsal spektrində 120-yə qədər zəif və orta Fraunhofer xəttinin spektrofotometrik xüsusiyyətləri müəyyən edilmişdir.
-
Prosion ulduzunun atmosferində mikroturbulent hərəkət sürətinin (2.3±0.5) km/san olduğu təyin edilmişdir.
-
Göstərilmişdir ki, sınaq ulduzunun heliosentrik məsafəsi 50-100 astronomik vahidədək, kütləsi isə 1-5 Günəş kütləsi qədər dəyişdikdə, orbit parametrlərinin böhran qiymətində Günəş sistemi planetləri ya ulduzun peykinə çevrilər, ya da Günəş sistemi hüdudlarını tərk edər.
Ünvan
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 35
Xidməti tel.
(+994 36) 550 12 68