AMEA Naxçıvan Bölməsi

Dənli, paxlalı və texniki bitkilər laboratoriyası



Laboratoriya rəhbəri
Pərviz Ülkər oğlu Fətullayev
Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

Böyük elmi işçi
Günel Həşim qızı Seyidzadə
Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

Kiçik elmi işçi
Günay Hikmət qızı Zeynalova

Əsas fəaliyyət istiqamətləri

   Dənli, paxlalı və texniki bitkilərin seleksiyasi, toxumçuluğu, intensiv becərmə texnologiyası, yeni sotların yaradılması


Əsas elmi nəticələri

   “Qılcıqlı-85” arpa sortu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli Qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinə verilən səlahiyyət əsasında Yeni Seleksiya Nailiyyətinə 00169 nömrəli “Qılcıqlı-85” arpa sortuna patent və müəlliflik şəhadətnaməsi alınmışdır. “Qaraca-85” noxud sortu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli Qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinə verilən səlahiyyət əsasında Yeni Seleksiya Nailiyyətinə 00171 nömrəli “Qaraca-85” noxud sortuna patent və müəlliflik şəhadətnaməsi alınmışdır. Ətirli tütün sortlarınin muxtar respublikada intensiv becərilmə texnologiyası öyrənilmişdir. Çoxlu sayda (30 sort) soya bitkisi üzərində tədqiqat işləri aparılır. Bərk və yumşaq buğdanın çoxlu sayda sortları sınaqdan çıxarılmış və müsbət fərqlənən sortlar üzərində müxtəlif kombinasiyalı hibridləşdirmə işləri aparılmışdır. Hibridlərin muxtar respublika şəraitində müxtəlif stress amillərə qarşı davamlığı, məhsuldarlığı, keyfiyyət göstəriciləri öyrənilir.