Arxiv işinin təşkili və sənədlərlə işmövzusunda konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə III kurs tələbələrinin iştirakı ilə “Arxiv işinin təşkili və sənədlərlə iş” mövzusunda konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 14 mart tarixində “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamını xatırladıb. Bildirib ki, Tədbirlər planına uyğun olaraq Naxçıvan Bölməsinin qarşısına da vəzifələr qoyulub.
Qeyd olunub ki, əsrlərin həqiqətlərini üzə çıxaran, keçmiş tariximizi, dövlətlər arasında münasibətləri, görkəmli şəxsiyyətlərin fəaliyyətlərini olduğu kimi keçmişdən bu günə, bu gündən isə gələcəyə daşıyan arxiv materialları olduqca dəyərlidir. Milli-mənəvi sərvətimizin mühafizə olunduğu arxivlərin əhəmiyyəti isə çox böyükdür. Bildirilib ki, Azərbaycan torpaqları tarix boyu bir sıra dövlətlərinin daim diqqət mərkəzində olub. Müharibələr zamanı tariximizlə bağlı sənədlər yandırılıb, dağıdılıb, bəziləri isə müxtəlif ölkələrə aparılıb. Dünyanın müxtəlif ölkələrinin arxivlərində də tariximizlə, tarixi şəxsiyyətlərimizlə bağlı olduqca çox qiymətli materiallar var.
İsmayıl Hacıyev ümummilli liderimiz Heydər Əliyevin “Arxiv işinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir” sözlərini xatırladaraq deyib ki, ulu öndər hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin birinci dövründə ölkədə bütün sahələrlə yanaşı milli-mənəvi dəyərlərin qorunması üçün diqqətəlayiqtədbirlər həyata keçirdi. Dövlət arxivlərinə diqqət artırıldı, maddi-texniki bazası möhkəmləndi, idarələr ixtisaslı kadrlarla təmin olundu. Vurğulanıb ki, müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə daha ciddi işlər aparıldı.Arxiv materiallarının qorunması və saxlanması istiqamətində ardıcıl tədbirlər görüldü. Maddi-mənəvi sərvətlərimiz ilə bağlı mühüm tarixi fərman və sərəncamlar verildi. Arxiv materiallarının tədqiqi əsasında yüzlərlə kitab, monoqrafiya, məqalə yazılıb nəşr olundu.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı, tövsiyə və tapşırıqlarına əsasən tarixi keçmişimizə dair materialların araşdırılması, surətlərinin əldə olunması, onların tədqiqata cəlb edilməsi istiqamətində muxtar respublikada həyata keçirilən mühüm işlərdən bəhs olunaraq qeyd olunub ki, Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən də ölkəmizlə yanaşı, xarici ölkə arxivlərdən, muzeylərdən, kitabxanalardan toplanılan xeyli sayda arxiv sənədləri tədqiqata cəlb edilib. Kitab və monoqrafiyalar işıq üzü görüb.
Daha sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Fəxrəddin Cəfərov “Arxiv sənədləri ilə işləmə qaydalarına dair” və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvan tarixi ilə bağlı sənədlər Azərbaycan, Rusiya və Gürcüstan arxivlərində” mövzusunda məruzə ilə çıxış ediblər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür