AMEA Naxçıvan Bölməsi

Qərbi Azərbaycana qayıdış festival-konqresi


22.06.2024 / 23:26Mühüm hadisələr



İki gün davam edən "Qərbi Azərbaycana qayıdış" festival-konqresi tarixi torpaqlarımıza qayıdışı simvolizə edən mühüm tədbir oldu.
Oğuz eli toy-bayram etdi, tonqallar qaladı. Qədim türk yurdu Naxçıvanda Qərbi Azərbaycana qayıdış üçün nümayiş etdirdiyimiz birlik ölkənin dörd bir yanında, hətta sərhədlərimizdən kənarda da böyük marağa səbəb oldu.
Bu əlamətdar tədbir həm də Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin, etnoqrafiyasının, folklor, dil və ədəbi mühitinin tədqiqata cəlb olunduğu araşdırmalarla yadda qaldı.
AMEA Naxçıvan Bölməsi də öz növbəsində böyük qayıdışa töhfələr verdi. Bölmə əməkdaşları festivalla bərabər, tədbirin konqres hissəsində müxtəlif istiqamətlər üzrə apardıqları araşdırmaları uğurla təqdim edərək, qərbdəki tarixi torpaqlarımıza qayıdışı elm müstəvisində çatdırmağı bacardılar.