AMEA Naxçıvan Bölməsi

AMEA-nın Naxçıvan Bölməsi hesabat verib


15.12.2023 / 17:16Tədbirlər



AMEA Naxçıvan Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub.

Yığıncaqdan öncə bölmə əməkdaşlarının il ərzində nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış olub.

Hesabat iclasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışında 2023-cü ili xüsusi hadisələrlə əlamətdar bir il kimi dəyərləndirib. İl ərzində ölkəmizdə baş verən mühüm hadisələrdən, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasında və onun nəzdində fəaliyyət göstərən qurumlarda aparılan struktur islahatlardan, tətbiq olunan yeniliklərdən, qazanılan nəticələrdən danışıb.  Bölmə sədri AMEA Naxçıvan Bölməsində cari ildə aparılan araşdırmaların nəticələri barədə qısa məlumat verib, təqdim olunan göstəriciləri ötən ilin göstəriciləri ilə müqayisə edib.

Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2023-cü ildəki fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı hesabatını təqdim edib.

Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsində elmi-tədqiqat işləri 1 akademik, 3 AMEA-nın müxbir üzvü,3 elmlər doktoru, 19 fəlsəfə doktoru, 8 dissertantolmaqla 34 elmi işçi tərəfindən aparılmışdır. 3 istiqamət, 3 prоblemi əhatə edən 3 mövzu üzrə 17 iş 34 mərhələdə yerinə yetirilmiş, 2 mühüm nəticə əldə olunmuşdur.

2023-cü ildə bölmənin 34 elmi əməkdaşının 12 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 188 elmi məqaləsi, 93 konfrans materialı və 5 tezisi olmaqla 307 elmi əsəri nəşr edilmişdir. Əsərlərdən 48-i xaricdə nəşr edilmiş,190-ı beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxmışdır.Məqalələrdən 3-ü Scopus bazasında olmaqla, 8-i impakt faktorlu jurnalda dərc olunmuşdur.

Orxan Bağırov bildirib ki, il ərzində əməkdaşların əsərlərinə 733 istinad qeydə alınmış, 268 qəzet məqaləsi işıq üzü görmüşdür.

Ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Taleyi və sənəti” seriyası üzrə “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlı məqalələr toplusu, “Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının ikicildlik materialları və “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” beynəlxalq konfransının(2021) materialları çap edilmişdir. Bölmənin “Elmi əsərlər” jurnalının 2, “Axtarışlar” jurnalının 3 nömrəsi çapdan çıxmışdır.

2023-cü ildə beynəlxalq əməkdaşlıq məsələsi diqqətdə saxlanılmış, bölmə alimləri ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya və İranın elm, təhsil müəssisələri və alimləri iləsıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq etmişlər. Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası uğurla davam etmiş, həm beynəlxalq, həm də yerli arxeoloji ekspedisiyalar nəticəsində yeni materiallar əldə olunmuşdur.

İl ərzində Naxçıvan Bölməsində 1 respublika konfransı, 30 bölmə səviyyəli elmi konfrans və tədbir, 12 kitab və monoqrafiyanın təqdimatı, habelə institutların Elmi Şuralarında 18 iclas, tədqiqatlara dair 17 seminar keçirilmişdir.

2023-cü ildə BölməninKitabxanasınadaxil olan çapməhsullarının həcmi 2725 ədəd olmuşdur. Elektron kartotekalara 647 ədəd qəzet və jurnal məqalələrinin biblioqrafik təsviri daxil edilmiş, 5 yeni kartoteka yaradılmışdır. “Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası”, “Ümummili lider Heydər Əliyev – 100”  adlı  2 daycest hazırlanmışdır.

Məruzənin ardından Rəyasət Heyətinin üzvlərindən AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev, Əbülfəz Quliyev və Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək təqdim olunan hesabatın qəbul edilməsini təklif ediblər.

İclasın sonunda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fələsəfə doktoru Səbuhi İbrahimov və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov 2023-cü ildə elm sahəsindəki nailiyyətlərinə görə “İlin alimi” fəxri diplomu ilə təltif olunublar.

Sonra AMEA Naxçıvan Bölməsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 12 əməkdaşa kitab və monoqrafiyaların nəşrinə görə pul mükafatı təqdim edilib.

Akademik İsmayıl Hacıyev tədqiqat ilinin uğurla başa çatması münasibətilə bölmə kollektivini təbrik edib və iclasa yekun vurub.