Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev AMEA-nın Naxçıvan Bölməsində olublar.
Görüş zamanı akademik Arif Həşimov Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanmasında Naxçıvan Bioresurslar İnstitutu əməkdaşlarının əməyini yüksək qiymətləndirib. Qeyd edib ki, bu qiymətli əsərin ərsəyə gəlməsində akademik Tariyel Talıbov və onun elmimizə qazandırdığı ardıcıllarının böyük xidmətləri olmuşdur. Göstərdiyi səmərəli elmi fəaliyyəti nəzərə alınmaqla akademik Tariyel Talıbov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin elmi mətninin hazırlanmasında mühüm xidmətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur. Arif Həşimov bu münasibətlə Tariyel Talıbovu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Fəxri fərmanı akademik Tariyel Talıbova təqdim edib.
Tariyel müəllimi AMEA Naxçıvan Bölməsinin kollektivi adından təbrik edir, ona gələcək fəaliyyətində yeni elmi nailiyyətlər diləyirik!
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib