AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin kiçik elmi işçisi Aysel Eminovanın “Sədərək rayonu etnooronim və etnohidronimlərinin struktur-semantik təhlili” adlı elmi məqaləsi Qazaxıstanda nəşr olunan impakt faktorlu “Elmdə sonsuz işıq” beynəlxalq elmi-praktik jurnalında dərc olunub.
Tədqiqatçı sözügedən məqalədə rayon ərazisində yayılmış etnooronim və etnohidronimlərin öyrənilməsi üçün multidisiplinar yanaşma ilə struktur-semantik təhlil aparmış, dilçiliklə yanaşı, tarix, coğrafiya və etnoqrafiyaya aid xüsusi metodlardan istifadə etmişdir. Rayonun ayrı-ayrı yaşayış məntəqələrindən toplanan Sədərək düzü, Qurd darvazası, Saraclıdağ, Çilədağ, Şorbulağı və başqa yer adlarınıtədqiq edərkən A.Eminova etnotoponimlərin müəyyənləşdirilməsi üçün arxiv sənədlərinə də müraciət etmişdir.
Sədərək rayonunun coğrafi-strateji mövqeyinin ərazinin onomastik vahidlər sisteminin formalaşmasında ciddi rol oynadığına diqqət çəkən müəllif qeyd edir ki, araşdırılan oronim və hidronimlər sistemində Azərbaycan türkcəsi əsasında formalaşmış adlar üstünlük təşkil edir. Lakin zamanla bəzi yer adları təhrifə uğramış, etimologiyada təsviri xarakterli yer adları kimi izah və təsnif edilmişdir.
Məlumat üçün qeyd edək ki, Qazaxıstanın “Elmdə sonsuz işıq” Araşdırma Mərkəzinin nəşr etdiyi jurnal Scopus və Web of Science də daxil olmaqla 6 elmi baza üzrə indeksə malikdir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib