Xocalı soyqırımının otuz birinci ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Xocalı faciəsi” adlı sərgi açılıb.
Sərgidə Xocalı faciəsinin dəhşətlərini əks etdirən Azərbaycan, ingilis və rus dillərində kitablar nümayiş etdirilir. Bura“Xocalı yaddaşı”, “Əsrin faciəsi - Xocalı”, “Xocalı harayı”, “Terror: hadisələr, faktlar, sübutlar”, “Soyqırım muzeyi”, “Hocalı katliamı”, “Xocalı qırğını”, “Xocalı soyqırımının qurbanları”, “Xocalı soyqırımı”, “Xocalıda kəsilən başlar”, “Böyüməyən uşaqlar”, “Torpaq qan ağlayır”, “Dünya susmasın gərək”, “Soyqırım”, “Şəhid Xocalı”, “Xocalı uşaqları”, “Terrorizm və qan çilənən torpaqlar”, “Xocam Xocalı!”, “Xəzəl oldu Xocalının Xəzəngülü”, “Ölümdən o yandakı Xocalı”, “Xocalıdan gələn var”, “Hocalı soykırımı tanıkların dilinden”, “Xocalı göyərçinləri”, “Ходжалы хроника геноцида”, “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth” və başqa bu qəbildən olan kitablar daxildir.
Sərgidə, həmçinin Prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən müxtəlif illərdə çap olunmuş qəzet, jurnal və toplu məqalələri təqdim olunur.
Sərgi fevral ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq.
Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik
mövzusunda elmi konfrans olub
28 May - Müstəqillik Günü münasibətilə tədbir olub
Naxçıvan BölməsindəRəyasət Heyəti növbəti dəfə toplanıb
Təcrübəçi tələbələrlə görüş olub