Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Aparatı, AMEA Naxçvan Bölməsi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə "Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın aparıcı siyasi qüvvəsidir" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini, Aparatın rəhbəri Anar İbrahimov açıb. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, professor Hacıfəxrəddin Səfərli "Yeni Azərbaycan Partiyası: Naxçıvandan başlanan qalibiyyət yolu", Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, dosent Ceyhun Mahmudov "Yeni Azərbaycan Partiyası - 30: Xalqa xidmət nümunəsi", Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev "Tarixi zərurətin ən dolğun və alternativsiz siyasi təşkilatı", "Naxçıvan" Universitetinin dekanı Tural Məmmədzadə "Qələbələr partiyası Azərbaycanı yeni tarixi nailiyyətlərə aparır" mövzusunda məruzə ediblər. Daha sonra Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə elm və ali təhsil müəssisələrinin bir qrup əməkdaşına diplom və hədiyyələr təqdim olunub. AMEA Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov da partiyanın işində səmərəli fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən diplomla təltif edilib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib