AMEA Naxçıvan Bölməsi

Gənclərlə maarifləndirici görüş


23.08.2022 / 16:54Mühüm hadisələr



Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər üçün "Milli-mənəvi dəyərlər: müasirlik və ənənə" mövsuzunda maarifləndirici tədbir keçirilib. "Milli yeməklər" restoranındakı qədim buzxanada keçirilən tədbiri giriş sözü ilə açan nazirliyin əməkdaşı Azadə Əliyeva gənclərin şəxsi inkişafı və dünyagörüşünün formalaşması istiqamətində görülən işlərdən danışıb, milli-mənəvi dəyərlər anlayışının yeni nəslə anlaşılan və qavranılacaq şəkildə ötürülməsi baxımından gənclərlə keçirilən bu görüşün effektivliyinə inamını ifadə edib.
Tədbirin xüsusi qonaqları AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və bölmənin əməkdaşları Səkinə Cümşüdova və Samirə Məmmədova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malikdir və gənclərin layiqli vətəndaş, hərtərəfli şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüura təsirində Azərbaycan xalqının zəngin adət-ənənələri, mental dəyərləri xüsusi rola malikdir. Çıxış edənlər qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin mühafizə olunmasının əhəmiyyətindən də bəhs ediblər.
Tədbir diskussiya şəklində davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.