AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoruMahnur Cəfərlinin “İstifadə edilən ionitlərlə suluməhlullardanağır metal ionlarının seçicisorbsiyası” adlı məqaləsi Rusiyanın impakt faktorlu “Elm və dünya” beynəlxalq elmi jurnalında dərc olunub. Elmin nəzəri və tətbiqi sahələri üzrə innovativ biliklərin, ixtira və nailiyyətlərin əksini tapdığı jurnal müxtəlif elmi bazalar üzrə indeksə malikdir. Tədqiqatın məqsədi Zn2+ və Pb2+ ionlarının Amberlite IRP-64 və Amberlite IRP-69 kationları tərəfindən sorbsiyasını araşdırmaq və texnoloji tələblərə cavab verən parametrlərin hesablanmasıdır. Məqalədə ağır metalların qeyri-müntəzəm istifadəsi nəticəsində su ehtiyatlarının çirklənməsindən narahatlıq ifadə olunub.Sudakı ağır metalların ətraf mühitə və əhalinin sağlamlığına mənfi təsiri, sənaye çirkab sularından gələn mis, sink, qurğuşun və digər metal qalıq konsentrasiyasının azaldılması problemi araşdırılıb.Müəllif qeyd edir ki, ion mübadiləsi metodu ilə metallarla çirklənmiş çirkab sularının təmizlənməsi üçün effektivliyinə, xərc səmərəliliyinə, təkrar istifadə və ayrılma asanlığına görə polimer ion dəyişdiricilərindən geniş istifadə oluna bilər.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib