AMEA Naxçıvan Bölməsi

Naxçıvanlı alimin məqaləsi Britaniyada nəşr olunub


22.04.2022 / 16:02Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Naxçıvanla bağlı əlyazmaların konseptual və mətn təhlili (XIX əsrin sonu-XX əsrin əvvəlləri)” adlı məqaləsi Böyük Britaniyanın “Beynəlxalq İncəsənət və Kommersiya Jurnalı”nda nəşr olunub. Bir neçə beynəlxalq platformada indekslənən aylıq jurnalda maliyyə, iqtisadiyyat, bankçılıq, sənaye, hüquq, siyasi elmlər, tarix, jurnalistika, dilçilik, fəlsəfə, psixologiya, incəsənət və başqa elm sahələrində aparılan tədqiqatların nəticələri çap olunur.

Məqalədə “Naxçıvanla bağlı əlyazmaların konseptual və mətn təhlili” mövzusu əhatəli öyrənilərək müxtəlif nöqteyi-nəzərdən şərh edilib.

Müəllif mövzunu 4 yarımbaşlıq üzrə təhlil edib. Birinci yarımbaşlıqda təhlillər Hermenevtika təfsir nəzəriyyəsi üzrə aparılıb. Elmi araşdırmaların tarixi əhəmiyyətini vurğulamaqla Naxçıvana dair əlyazmaların konseptual və mətn təhlilində bu nəzəriyyə əsas götürülüb. Növbəti yarımbaşlıqda XIX əsr mütəfəkkirlərinin Naxçıvanla bağlı aşkar olunan əlyazmaları təhlilə cəlb olunub. Üçüncü yarımbaşlıqda isə XIX-XX əsrlərə aid əlyazmalarda sufizmin roluna diqqət çəkilib. Nəhayət, sonuncu yarımbaşlıqda əlyazmalardakı tarix, ədəbiyyat və incəsənətlə bağlı məsələlər araşdırılıb.