AMEA Naxçıvan Bölməsi

Ekspedisiya təşkil olunub


21.04.2022 / 16:56Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun 2022-ci il üçün iş planına uyğun olaraq Culfa rayonunun özünəməxsus gözəlliyi ilə seçilən Darıdağ ərazisinə ekspedisiya təşkil olunub.
Ekspedisiya müddətində Torpaq ehtiyatları laboratoriyasının əməkdaşları tərəfindən ərazinin fiziki və iqtisadi coğrafi şəraiti (relyef, geoloji və geomorfoloji quruluşu, iqlim, hidrologiya, bitki və antropogen təsir) öyrənilərək ərazinin təbii zonaları üzrə torpaqların formalaşmasının təsiri müəyyənləşdirilib. Eyni zamanda torpaqların münbitliyinə təsir göstərən deqradasiya prosesləri (eroziya, quraqlıq, daş axını, kol-kos basmış sahələr, otarılma və s.) araşdırılıb. Qeyd edək ki, davamlı axtarışlar nəticəsində əldə olunan məlumatlar əsasında gələcəkdə torpaq münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlərin həyata keçirilməsi üçün təkliflər hazırlanacaq.