AMEA Naxçıvan Bölməsi

Layihə iştirakçıları beynəlxalq müsabiqə və konfranslarda uğurlu nəticələr əldə ediblər


14.04.2022 / 15:55Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun elmi rəhbərliyi ilə Naxçıvan şəhər 1№-li tam orta məktəbin X sinif şagirdi Rəna Rəhimli “Hidrokimyəvi metodla CuSbS2 və Cu3SbS3 birləşmələrinin alınması” adlı məqaləsi Rusiyanın Penza şəhərində “Elm və Təhsil” Beynəlxalq Elmi Əməkdaşlıq Məzkəzinin təşkil etdiyi “Müasir elmi tədqiqatlar: aktual məsələlər, nailiyyətlər və yeniliklər” beynəlxalq elmi-praktik konfransına göndərilmiş və müsabiqədə I yerə layiq görülmüşdür. Naxçıvan məktəblisi I dərəcəli diplom və medalla təltif olunmuş, məqaləsi dərc olunmuşdur.
Naxçıvan şəhər 17№-li tam orta məktəbin X sinif şagirdi Tərlalə Abbaslının “Hidrokimyəvi metodla AgNO3–As2S3–H2O sistemindən gümüş tioarsenitlərin alınması” adlı məqaləsi Rusiyanın Penza şəhərində “Elm və Təhsil” Beynəlxalq Elmi Əməkdaşlıq Məzkəzinin təşkil etdiyi “Fundamental və tətbiqi elmi tədqiqatlar” beynəlxalq elmi-praktik konfransına göndərilmiş, məktəbli Abbaslı Tərlalə müsabiqənin I dərəcəli diplom və medalına layiq görülmüş, məqaləsi dərc olunmuşdur.
Naxçıvan şəhər 15№-li tam orta məktəbin IX sinif şagirdi Mehtab Mustafayevanın “Hidrokimyəvi metodla AgNO3-Sb2S3-H2O sistemindən gümüş tiostibitlərin alınması” adlı məqaləsi Rusiyanın Penza şəhərində “Elm və Təhsil” Beynəlxalq Elmi Əməkdaşlıq Məzkəzinin təşkil etdiyi “Aktual elmi araşdırmalar” beynəlxalq elmi-praktik konfransına göndərilmiş, müsabiqədə I dərəcəli diplom və medala yerə layiq görülmüşdür. Onun məqaləsi konfransın jurnalında dərc olunmuşdur.
Hər üç şagird həmçinin Moskva şəhərində təşkil olunmuş Kimya üzrə “Erudit onlayn” və “Bilik vaxtı” beynəlxalq müsabiqələrində uğurla iştirak edərək I yerə çıxmış, müsabiqənin münsiflər heyəti tərəfindən qızıl medalla təltif olunmuşlar.
Yuxarıda adları çəkilən beynəlxalq konfrans və müsabiqələrin redaksiya heyəti tərəfindən elmi-tədqiqat işlərinin hazırlanmasına göstərdiyi səmərəli rəhbərliyə görə kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynova diplom, təşəkkürnamə və qızıl medal göndərilmişdir.