AMEA Naxçıvan Bölməsi

Sabahın tədqiqatçılarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub


14.04.2022 / 15:24Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayevanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Əminə Amanova və Fatimə Əsədli “Naxçıvan Muxtar Respublikasının təbii sərvəti olan Naxçıvan gillərinin tibbdə istifadəsi” mövzusunda tədqiqat aparırlar.
Məktəblilərin “Naxçıvan Muxtar Respublikasının təbii sərvəti olan Naxçıvan gillərinin xassələri və tətbiqi” adlı məqaləsi Rusiyanın Volqoqrad şəhərində, impakt faktorlu “Science and world” (Elm və dünya) beynəlxalq elmi jurnalında dərc edilib.
Qeyd edək ki, sabahın tədqiqatçılarının uğurları bununla məhdudlaşmır. Tədqiqat ili ərzində hər iki şagird ayrı-ayrılıqda bir neçə beynəlxalq və ümumrusiya olimpiadalarında iştirak edərək müvəffəq nəticələr göstəriblər. Onlar “Start” IX beynəlxalq distant müsabiqəsinin, habelə orta məktəb olimpiadalarının təşkilatçısı Bukovkinin keçirdiyi “Kimya üzrə Ümumrusiya olimpiadası”nın və IX sinif kimya fənni üzrə “Время Знаний” (Bilik zamanı) Ümumrusiya Kimya olimpiadasının birinci dərəcəli diplomlarına layiq görülüblər.