“Sabahın tədqiqatçıları - 2022” layihəsi çərçivəsində Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Surə Ələkbərova “Naxçıvan dialekt və şivələrində frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətləri” mövzusunda tədqiqat aparır. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnsitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan məktəblisi “Mənim dilim, mənim dostum” (Frazeoloji birləşmələr istiqaməti üzrə) mövzusunda «Erudit» onlayn beynəlxalq olimpiadasında uğurlu nəticə göstərərək I dərəcəli diplom və qızıl medal ilə mükafatlandırılıb. Göstərdiyi səmərəli fəaliyyətinə görə elmi rəhbər Nuray Əliyeva olimpiadanın münsiflər heyəti tərəfindən diplom və medalla təltif olunub.
Məktəbli Surə Ələkbərovanın tədqiqat işini əhatə edən "Naxçıvan dialekt və şivələrində frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətləri" adlı məqaləsi Rusiyada "Gənc alim" (Юный ученый) jurnalının 2022-ci il aprel nömrəsində işıq üzü görüb. Məqalədə gənc tədqiqatçı tərəfindən toplanmış Naxçıvan dialekt və şivələrinə məxsus frazeoloji vahidlər təhlil olunmuş, onlara aid maraqlı nümunələr verilmişdir. Bu dil vahidlərinin xalqın tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan dəyərli bir mənbə olduğu vurğulanmışdır.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib