Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafımövzusunda II beynəlxalq konfrans keçiriləcək
Hörmətli elm adamları! AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 8-9 iyul 2022-ci il tarixdə üz-üzə və onlayn formada “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda II beynəlxalq konfrans keçiriləcəkdir.
Beynəlxalq konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır:
Konfransda iştirak üçün məruzələrin adı əvvəlcədən göndərilməlidir. Beynəlxalq konfransda iştirak etmək istəyənlərin məruzəsi tam mətni ilə birlikdə 20 iyun 2022-ci il tarixədək ameanaxcivanbolmesi@gmail.com ünvanına göndərilməlidir.
Konfransın materialları dərc ediləcəkdir!
Beynəlxalq konfransa dair əlavə məlumat almaq üçün
(+994 36) 544 09 64;
(+994 36) 545 67 45;
(+994 51) 687 12 48 nömrələri ilə əlaqə saxlamaq olar.
QEYD: Konfransa təqdim olunan məruzə mövzularının adı 20 may 2022-ci il tarixədək Təşkilat Komitəsinə təqdim olunmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsi
Konfransda iştirak qaydaları:
Məqalələrin göndərilməsi və dəyərləndirilməsi: 10 iyun 2022-ci il
Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı bütün tədqiqatçılar iştirak edə bilər. Məruzələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məruzələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Məruzələrin qəbulu haqqında məlumatlar iştirakçılara məqalələrin göndərildiyi ameanaxcivanbolmesi@gmail.com ünvanı vasitəsi ilə bildiriləcəkdir. Elmi heyət tərəfindən qəbul edilmiş məruzələrin tam mətnləri 20 iyun 2022-ci il tarixədək ameanaxcivanbolmesi@gmail.com ünvanına göndərilməlidir.
Təqdimat
Konfransda hər bir məruzənin təqdim olunmasına 15 dəqiqə vaxt ayrılır.
Məruzə mətnlərinin hazırlanmasına dair yazı qaydaları
ƏLAQƏ
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76
Tel.: (+994 36) 544 09 64
(+994 36) 545 67 45
Faks: (+994 36) 545 46 22
E-poçt: ameanaxcivanbolmesi@gmail.com
Web: www.ameanb.az
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib