AMEA Naxçıvan Bölməsi

Dövlət Bayrağı Muzeyi ziyarət olunub


19.03.2022 / 16:43Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin kollektivi Dövlət Bayrağı Muzeyini ziyarət edib.
Muzey haqqında ətraflı məlumat verən muzey bələbçisi bildirib ki, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamı ilə yaradılmışdır. Çoxsaylı eksponatın nümayiş olunduğu muzeydə 17 noyabr 1990-cı ildə dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günü əks etdirən fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri, inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinin bayraqları, döyüşçü libasları, muxtar respublikanın müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları və başqa eksponatlar nümayiş olunur.