AMEA Naxçıvan Bölməsi

Layihə iştirakçıları uğur qazanıb


15.03.2022 / 12:10Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən 2019-cu ildən başlayaraq reallaşdırılan “Sabahın tədqiqatçıları” layihəsi 2021-2022-ci tədris ilində də bir sıra uğurlar qazanıb. “Sabahın tədqiqatçıları 2022” layihəsi çərçivəsində 2 məktəblinin elmi rəhbərləri ilə birlikdə hazırladıqları “Naxçıvan MR “Qırmızı Kitabı”na daxil olan su-bataqlıq quşları” adlı məqalə Rusiyanın Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzi, "Elm və təhsil" nəşri olan “Tələbə Elmi Formu 2022” III Beynəlxalq elmi-praktik konfransında (Студенческий Научный Форум 2022, III Международная научно-практическая конференция) dərc olunub, jurnalın rəsmi internet səhifəsində yerləşdirilib.
Məqalə bölmənin Bioresurslar İnstitutunun Zooloji Tədqiqatlar şöbəsinin elmi işçisi Hüseyn Rəsulzadənin rəhbərliyi ilə hazırlanıb. Məqalə müəllifləri Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin X sinif şagirdləri Hüseyn Bayramov, Mikayıl Əliyev və elmi rəhbər sertifikat və diploma layiq görülüblər.
Layihənin əsas məqsədi elmi yaradıcılığa marağı olan şagirdlərin yenilikçi təhsil proqramlarını mənimsəməklə elmi dünyagörüşlərinin artırılmasına, gələcək peşə istiqamətlərini düzgün seçmələrinə və innovativ yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək etməkdir.