2021-2022-ci tədris ilində də icrası uğurla həyata keçirilən "Sabahın tədqiqatçıları" layihəsi AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığının müvəffəq davamıdır.
Layihə çərçivəsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 9 №-li tam orta məktəbin XI sinif şagirdi Səmayə Rəsulova "Vremya Znaniy" Ümumrusiya məktəbli olimpiadasında “Literatura” (Dünya ədəbiyyatı – XI sinif) istiqaməti üzrə, “Erudit” onlayn beynəlxalq müsabiqəsinin “Literatura i teoriya” mövzusu üzrə onlayn müsabiqələrin I dərəcəli diplom və medallarına layiq görülüb.
Əməkdaşımızın elmi rəhbərliyi ilə tədqiqat aparan daha bir Naxçıvan məktəblisi - 12 №-li tam orta məktəbin X sinif şagirdi Sabirə Seyidova isə “Erudit” onlayn beynəlxalq müsabiqəsinin "Favourite English" (“Söz birləşmələri və idiomlar” istiqaməti üzrə) I dərəcəli diplom və medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, şagirdlər mütəmadi olaraq elmi rəhbərləri ilə görüşərək əldə etdikləri araşdırmaların nəticələrini müzakirə edir, gələcək işlərlə bağlı məsləhətlər alırlar. "Müasir Naxçıvan ədəbiyyatında müharibə mövzulu əsərlərin dil-üslub xüsusiyyətləri" mövzusunda araşdırma aparan S.Rəsulova elmi rəhbəri ilə birlikdə mütəmadi olaraq bu mövzuda əsərlər yaradan yazarlarla müzakirələrdə iştirak edir.
Məktəblilərdə düzgün tədqiqat aparmaq bacarıqları formalaşdırdığına, uğurlu elmi rəhbərliyinə görə L.Səfərova hər iki müsabiqənin münsiflər heyəti tərəfindən diplom və medalla təltif olunub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib