AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hər il müntəzəm olaraq çöl quşları və vəhşi heyvanların mövsümi sayğısı ilə bağlı monitorinqlər həyata keçirirlər.
Ötən ilin dekabr ayından başlayaraq muxtar respublikanın müxtəlif yerlərində, o cümlədən su hövzələrində belə mövsümi sayğılar davam etdirilir. Aparılan ardıcıl işlərin davamı kimi 10 yanvar 2022-ci il tarixdə cütdırnaqlı heyvanların mövsümi sayğısı ilə bağlı növbəti monitorinq keçirilib.
Culfa rayonunun Darıdağ ərazisində aparılan monitorinq zamanı maraqlı kadrlar qeydə alınıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, həm muflonların sayında artım müşahidə olunur, həm də kadrlardan göründüyü kimi heyvanlar insanlara çox yaxın ərazidə olmalarına baxmaraq olduqca rahat davranırlar.
Son illər aparılan monitorinqlərin nəticələrinə əsasən bölgədə mövcud olan vəhşi heyvanların və çöl quşlarının sayında nəzərəçarpan artım müşahidə olunur. Bu isə muxtar respublika ərazisində heyvanların qanunsuz ovlanmasına qoyulan qadağalardan, biomüxtəlifliyin zənginləşməsi və təbiətə göstərilən qayğının gözlənilən nəticəsidir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib