Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən uğurla davam edən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində dörd məktəbli Rusiyanın «Престиж» Beynəlxalq Təhsil Portalının təşkil etdiyi “Uşaqların tədqiqat və elmi işləri, layihələr” nominasiyası üzrə Beynəlxalq yaradıcılıq müsabiqəsində iki layihə ilə iştirak ediblər.
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Məmmədova və 3 №-li tam orta məktəbin X sinif şagirdi Fərid Cabbarovun hazırladıqları 16 səhifəlik “Naxçıvan Muxtar Respublikasının yeraltı sularının diaqnostik göstəriciləri” layihəsi, Naxçıvan şəhər 7 №-li tam orta məktəbin X sinif şagirdi Türkan Zülfüqarlı və 14 №-li tam orta məktəbin X sinif şagirdi Ramiz Səfərlinin təqdim etdikləri 10 səhifəlik “Bizim diyarın yeraltı sularının möcüzəsi” layihələri müsabiqənin I dərəcəli diplomuna layiq görülüb.
Məlumat üçün qeyd edək ki, bu nailiyyət məktəblilərin 2021-2022-ci tədris ili üzrə qazandığı sayca ikinci uğurdur. Məktəblilərdən Fərid və Ramizin hazırladığı “Mineral suların insan orqanizminə təsiri” adlı növbəti layihə isə Bakıda keçiriləcək “Sabahın alimləri” XI Respublika müsabiqəsinə təqdim edilib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib